- Qeydiyyat
- 21.01.2026
- Mesajlar
- 40
- Mövzu Author
- #1
Saxlanılan Şəxslə Rəsmi Dindirmə / Söhbətlərin Aparılması Qaydaları
1. Rəsmi dindirmə / söhbət
1.1 Dindirmənin aparılması üçün əməkdaşların sayı minimum 3, maksimum 8 nəfər olmalıdır.
Bu zaman şübhəli ilə eyni otaqda ən çox 3 əməkdaş ola bilər.
1.2 Əgər şübhəli dindirmə nəticəsində nokauta düşərsə, dərhal azad edilməlidir.
1.3 Şübhəliyə verilən sualların sayı 8-dən 10-a qədər olmalıdır.
1.4 Sualların sayından asılı olmayaraq, şübhəli şəxsiyyətin müəyyən edilməsi üçün aşağıdakı 3 suala mütləq doğru cavab verməlidir:
- Ad
- Soyad
- Yaşayış yeri
Nümunə:
/do Mənim adım İlya Viktoroviçdir.
1.5 Əgər şübhəli RP-ni oynamaqdan imtina edərsə, qeyri-adekvat davranarsa və əməkdaşlar tərəfindən qayda pozuntusu yoxdursa, o dərhal azad edilməlidir.
Eyni zamanda bu oyunçu RP-dən qaçma üzrə daha ağır formada cəzalandırılacaqdır.
(Əgər oyunçu kriminal təşkilat üzvüdürsə – liderə töhmət veriləcək.)
1.6 /do vasitəsilə sual vermək qadağandır.
Cəza: 3 gündən ban
/do-da icazə verilən suallar yalnız bunlardır:
- milliyyət / irq / vətəndaşlıq
- yaşayış yeri (ev nömrəsi)
- avtomobilin markası və dövlət nömrəsi
1.7 Dindirmə / söhbətin müddəti 30 dəqiqədən artıq ola bilməz.
1.8 Fiziki zorakılıq və seksual xarakterli hədələr qadağandır.
Cəza: 3 gündən ban
Nümunə:
“Şüşəyə oturdarıq”, “etiraf etməsəniz sizi döyəcəklər”.
1.9 Dövlət əməkdaşını dindirməyə çağırmaq üçün FIB/LSPD əməkdaşı departamentə aşağıdakı formatda məlumat verməlidir:
“Təşkilat, Ad Soyad, ** dəqiqə ərzində FIB/LSPD ofisinə gəlin.”
Qeyd: Dindirmə zamanı çağırılan əməkdaşın fraksiyasından bir nəfər yüksək heyət nümayəndəsi iştirak etməlidir.
1.10 Əməkdaşlar dindirilən şəxsdən istənilən şəxsi məlumatı tələb edə bilərlər.
1.11 Hər bir sual aşağıdakı formatda başlamalıdır:
- “Birinci sual…”
- “İkinci sual…” və s.
1.12 Zərərçəkəni binaların damında saxlamaq qadağandır.
1.13 Eyni yekun cavaba yönəlmiş 4-dən çox sual vermək qadağandır.
Nümunə:
titul ərazinin ünvanı, fraksiyanın adı, geyim rəngi
İstisna: liderin adını öyrənmək məqsədli dindirmə
Zorakılıq Tətbiq Olunmaqla Dindirmə Qaydaları
2. Dindirmə (işgəncə elementləri ilə)
2.1 FIB və LSPD-nin xüsusi şöbə əməkdaşları, mühüm məlumat əldə etmək və onu iş materiallarına əlavə etmək məqsədilə şübhəliyə qarşı işgəncə elementləri olan dindirmə apara bilərlər.
Qeyd: Zorakı dindirmə, əməkdaş sualların sayını elan etdiyi andan başlayır.
Qeyd: Xəsarətlərin hamısı yalnız mətn çatında oynanılmalıdır.
2.2 Dindirmədə iştirak edən əməkdaşların sayı 3-dən 8-ə qədər olmalıdır.
Otaqda şübhəli ilə birlikdə maksimum 3 əməkdaş ola bilər.
Qeyd: Qeyri-rəsmi dindirmə üçün minimum 3 nəfər qaçıran tələb olunur.
2.3 Şübhəli nokauta düşərsə — dərhal azad edilməlidir.
2.4 Şübhəli RP-ni oynamazsa və ya qeyri-adekvat davranarsa, əməkdaşlar qaydanı pozmayıbsa — dərhal azad edilir, lakin RP-dən qaçmaya görə ağır cəza alır.
(Kriminal təşkilat üzvüdürsə – liderə töhmət.)
2.5 /do ilə sual vermək qadağandır.
Cəza: 3 gündən ban
2.6 Zorakı dindirmədə verilən sualların sayı dəqiq 10-dur.
2.7 Hər sual aşağıdakı formatda başlamalıdır:
“Birinci sual…”, “İkinci sual…” və s.
2.8 Aşağıdakılar qəti qadağandır:
- barmaq, qulaq və s. kəsmək
- tam qırxmaq
- seksual xarakterli hədələr və hərəkətlər
- insanın dini hisslərini ciddi şəkildə təhqir edən hərəkətlər
Cəza: 90 dəqiqədən demorgan + warn
Nümunə:
“Şüşəyə oturdaram” hədəsi.
Qeyd: İnsanı ağrı həddinə çatdırmaq qadağandır.
2.9 Fiziki zorakılıq tətbiq edilən istənilən dindirmə qanunsuz hesab olunur və IC cəza ilə nəticələnə bilər.
2.10 Zorakılıqla aparılan dindirmə 60 dəqiqədən artıq ola bilməz.
2.11 Eyni sualı sadəcə formalaşmasını dəyişərək təkrarlamaq qadağandır.
2.12 Eyni yekun cavaba yönəlmiş 4-dən çox sual vermək qadağandır.
İstisna: liderin adını öyrənmək məqsədli dindirmə
2.13 Qeyri-rəsmi dindirmə üçün 12:00 – 01:00 aralığında adam qaçırmaq icazəlidir.
Cəza: 90 dəqiqədən demorgan
İstisna:
GS Kraym / GS Gos / zGA / GA administratorunun icazəsi.
Şübhəli Qismində Dindirmədə İştirak Qaydaları
3.0 Oyunçu şübhəli qismində dindirməyə düşərsə, RP-ni düzgün və məntiqli şəkildə oynamaq məcburiyyətindədir.
3.1 Əgər əməkdaşlar dindirmə qaydalarını pozarsa, oyunçu RP-dən imtina edə bilər və buna görə cəza almaz.
3.2 “Həyatımdan qorxmuram” demək qadağandır.
(PG sayılır)
İstisna: Administrator tərəfindən təsdiqlənmiş psixoloji xəstəlikli personaj bioqrafiyası.
3.3 Sualların sayından asılı olmayaraq, şübhəli şəxsiyyəti müəyyən edən 3 suala doğru cavab verməlidir:
- ad
- soyad
- yaşayış yeri
Nümunə:
/do Mənim adım İlya Viktoroviçdir.
İstisna 1: Zorakı dindirmədə şübhəli 10 sualdan istənilən 3-nə doğru cavab verməlidir (/do).
İstisna 2: Zorakı dindirmədə kriminal fraksiya lideri 10 sualdan istənilən 2-nə doğru cavab verməlidir (/do).
3.4 MG məlumatı istifadə etmək, Discord-da ekran paylaşımı olan kanallarda kollektiv şəkildə olmaq, dindirilən şəxsə məsləhət vermək qadağandır.
Administrasiya dindirmə bitənədək iştirakçıları layihənin rəsmi Discord kanalına keçirməyi tələb edə bilər.
Cəza: 90 dəqiqədən demorgan.
Son redaktə: