Welcome!

By registering with us, you'll be able to discuss, share and private message with other members of our community.

SignUp Now!

Reydlərin keçirilməsi qaydaları

Admin_Adminov

Baş Admin
Forum Komandası
Baş Admin
Qeydiyyat
21.01.2026
Mesajlar
43

1. Reyd Qaydaları


1.1 Reyd yalnız reyd orderində göstərilmiş konkret əraziyə qarşı aparılır.
1.2 Reyd ərazisində IC səbəb olmadan insanların öldürülməsi qadağandır.
1.3 Reydin əsas məqsədi – ərazidə olan istənilən şəxsi saxlayıb yoxlamaq, həmçinin orderdə göstərilən ərazidə olan bütün nəqliyyat vasitələrini axtarmaqdır.


İstisna: Reyd konkret bir şəxsin tutulmasına yönəlibsə, qanunsuz heç nə tapılmasa belə həmin şəxs saxlanılaraq dindirilməyə aparıla bilər.


1.4 Uğurlu reyddən sonra təşkilat anbarındakı ümumi məzmunun 15%-i çıxarılır.


1.4.1 Üçüncü uğurlu reyddən sonra, əgər liderin kimliyi aşkar olunarsa, təşkilat anbarındakı bütün qeyri-leqal materialların 90%-i müsadirə olunur.


Qeyd 1: Əgər müsadirədən sonra anbarda 10.000 materialdan az qalarsa, məhkəmə prosesləri başa çatdıqdan və lider Federal həbsxanada cəzasını çəkdikdən sonra fraksiya fəaliyyətinin bərpası üçün anbar avtomatik olaraq bu miqdara qədər doldurulur.


Qeyd 2: Reyddən əvvəl lider və ya yüksək heyət tərəfindən anbarla bağlı sui-istifadə və ya manipulyasiya aşkar edilərsə, liderlik müddəti vaxtından əvvəl dayandırılır və uğursuz hesab olunur.

1.5 Reydi kapta/bizvar/VZX başlamazdan 30 dəqiqə əvvəl və bitdikdən 10 dəqiqə sonra keçirmək qadağandır (kurator və ya yüksək administrasiya ilə dəqiqləşdirin).

Qeyd: Əgər dövlət strukturu titul ərazisindən çıxdıqdan sonra kapta/bizvar elan olunarsa, dövlət qurumu reydi keçirmək hüququna malikdir.

1.6 Məhkəmə prosesindən sonra güc strukturları məhkum edilmiş şəxsi Boling Brok həbsxanasına konvoy etməlidirlər.

1.6.1 Lider həbs edildikdən sonra və azadlığa buraxıldıqdan sonra, fraksiya lideri qara bazar vasitəsilə şəxsiyyətini və ləqəbini tam dəyişməli, örtüyünü dəyişərək yeni fraksiya fəaliyyətinə başlamalıdır.

İstisna: Lider öz şəxsiyyətini özü açarsa, liderlik müddəti vaxtından əvvəl bitir.

1.7 Personaj öldükdən sonra reyd bitənədək reyd ərazisinə qayıtmaq qadağandır.




2. Dövlət Qurumu üçün Qaydalar


2.0 Reydin minimal müddəti 20 dəqiqə olmalıdır.
Cəza: Reydin ləğvi, liderə şifahi xəbərdarlıq.


2.1 Reyd zamanı ən azı 1 əməkdaşın baxış bucağından video-sübut olmalıdır.
2.2 IC səbəb olmadan reyd keçirmək qadağandır. Reyd orderi fraksiya kuratoru və ya yüksək administrasiya tərəfindən təsdiqlənməlidir.
2.3 Banda/mafiyanın liderini aşkar etmək qadağandır.
Cəza: Reydin ləğvi, liderə şifahi xəbərdarlıq.


İstisna: Maddə 2.9


2.4
Xəbərdarlıq etmədən atəş açmaq qadağandır.
Cəza: Reydin ləğvi, liderə şifahi xəbərdarlıq, warn.


İstisna: Özünü müdafiə məqsədilə cavab atəşi.


2.5 Bir təşkilata 5 gündə (120 saat) maksimum 1 reyd icazəlidir.
İstisna: Reyd uğurla dəf edilərsə, növbəti reyd 3 gün (72 saat) sonra mümkündür.


2.6 Reydlər FIB 10+, LSPD 13+ rütbəli əməkdaşlar olmadan keçirilə bilməz.
2.7 Reyd zamanı götürülmüş əmlakı mənimsəmək qadağandır.
Anbarın boşaldılması ilə eyniləşdirilir.


2.8 Reyd tam başa çatmadan sübutların və müsadirə edilmiş əmlakın daşınmasına başlamaq qadağandır.
Cəza: Reydin ləğvi, liderə şifahi xəbərdarlıq.


2.9 Dövlət fraksiyası tərəfindən 2 uğurlu reyddən sonra, liderin həbs edilməsi üçün onun adı ilə iş açmaq icazəlidir.


2.9.1 3-cü reyddə liderin adı IC yolu ilə əldə olunmuş 3 fərqli sübutda yer almalıdır.


Qeyd: Liderin adını yalnız ona yaxın şəxslər aça bilər
(bandalarda 8+, mafiyalarda 9+ rütbə).


İstisna: Lider özü adını açıqlayarsa.


2.9.2 3-cü reyd zamanı liderə dair sübut yoxdursa, fraksiya maşınları və rəngi 3 gün müddətinə bütün dövlət strukturlarına orientasiya edilir.


2.10 Reyddə aşağı rütbəli heyətin iştirakı qadağandır
(LSPD 1–4, LSSD 1–2, ARMY 1–3).


2.11 Reyd zamanı Code-0 istifadə etmək qadağandır.
2.12 Reydi keçirən dövlət strukturunun lideri reydin dəqiq vaxtını əvvəlcədən kuratora bildirməlidir.


2.13 FIB-də aşağıdakı şəxslər reyd məlumatını sata bilər (IC cəzalıdır):


  • ATF şöbə rəhbəri
  • CID şöbə rəhbəri və müavinləri
  • Direktor, direktor müavini, assistent

Qeyd: Əgər işi LSPD yazıbsa, DB rəhbərliyi və Şef heyəti də məlumat sata bilər.
Yalnız tam reyd satışı icazəlidir.


2.14 Reyd orderi almaq üçün prokurorluğa işin ötürülməsi və orderin IC şəkildə alınması mütləqdir.
2.15 Kriminal fraksiya lideri təyin edildikdən sonra 7 gün ərzində ona qarşı sübut toplamaq və reyd keçirmək qadağandır.




3. Kriminal Təşkilatlar üçün Qaydalar


3.1 Reyddən qaçmaq məqsədilə ev interyerinə girib çıxmaq qadağandır.
RP-dən qaçma sayılır.


3.2 Reyddən yayınmaq üçün oyundan çıxmaq qadağandır.
RP-dən qaçma sayılır.


3.3 Reyd zamanı odlu silahla müqavimət göstərməyə icazə verilir.
3.4 Kriminal fraksiya 1 müttəfiq fraksiya çağırmaq hüququna malikdir.
Video sübut mütləqdir.


Qeyd: Müttəfiqlik reyddən minimum 24 saat əvvəl rəsmiləşdirilməlidir.


3.5 Lider yeni müddətə keçdikdə, onun üzərinə aparılmış uğurlu reydlərin sayı 1 azalır.
3.6 Reyd zamanı öldükdən sonra titul ərazi spawn nöqtəsi seçilə bilməz.




5. Maliyyə Reydi


5.1 Maliyyə reydinin əsas məqsədi:
  • Ərazini mühasirəyə almaq
  • Sahibkarlıq lisenziyasını götürmək
  • Sənədləri müsadirə etmək
  • Əmlakı konfiskasiya etmək
  • Bank hesabını dondurmaq
Hesab vergi və cərimələr ödənilənədək dondurulur.


Qeyd: Maliyyə reydindən sonra lider fraksiya xəzinəsindən pul çıxara bilməz.
Cəza: −40 lider balı.


5.2 Reydi Milli Təhlükəsizlik Nazirliyi (USSS) idarə edir.
5.3 USSS və Maliyyə Nazirliyi titul əraziyə yaxınlaşıb (daxil olmadan) rəhbərliyi çağırmalı və 24 saat vergi ödəmə müddəti verməlidir.


5.4 24 saat ərzində vergi ödənilməzsə, USSS işi Ədliyyə Nazirliyinə ötürür.
5.5 Maliyyə reydində maşın və anbar axtarışı qadağandır.


İstisna: Müqavimət göstərilərsə.
İstisna: Təkrar reyddə tam axtarış icazəlidir.


5.6 Müqavimət yoxdursa, sübutlar əsas reyd işi üçün istifadə edilmir.
5.7 Silahlı müqavimət uğursuz olarsa, reyd uğurlu sayılır və liderin götürülməsi üçün 1 iş azaldılır.
5.8 Uğurlu müdafiədən sonra 24 saat sonra yeni maliyyə reydi mümkündür.
5.9 Minimal mühasirə müddəti 15 dəqiqədir.

Cinayət İşinin Yazılması Qaydaları


1.1 Hər bir cinayət işi, cinayət işinin başlanmasına səbəb olan ilk sübutla (ulika) başlamalıdır.


1.2 Cinayət işinin başlanmasına səbəb ola biləcək sübutlar aşağıdakılardır:


  • Banda/mafiyanın üzvləri tərəfindən Cinayət Məcəlləsinin pozulması
  • Mafiyalar tərəfindən kontrabandanın daşınması

Qeyd: Şübhəlinin tutulması məqsədilə kontrabandanın NPC-yə təhvil verildiyi nöqtələrdə müşahidə məntəqələri qurmaq qadağandır.


  • Banda/mafiyanın üzvünün dindirilməsi
  • Video-dindirmə, əgər bu video cinayət işinin başlanmasına səbəb olan ilk sübutdursa, təsdiqlənməsi üçün nəzarətçi administratora göndərilə bilər
  • Banda/mafiyanın üzvlərindən birinin könüllü ifadələri
  • Təşkilatın məlumatçıları tərəfindən əldə edilmiş video materiallar

1.2.1 Aşağıdakı sübutlar cinayət işinin başlanmasına səbəb ola bilməz:


  • Banda üzvləri tərəfindən evlərin qarət edilməsi
  • Banda/mafiyanın üzvləri tərəfindən ərazi xaricində silah/narkotik/sursat satışı
  • Biznes/ərazi müharibəsi, hammerlər kimi OOC tədbirlərdə toplaşma və iştirak

İstisna:


  • Əgər razılaşma banda/mafiyanın ərazisində əldə olunubsa
  • Daxilə sızmış agent tərəfindən həyata keçirilən kriminal hərəkətlər
  • Boyama (qraffiti)

1.3 Cinayət işinin materiallarında olan hər bir sübut, işlək bodi-kamera ilə müşayiət olunmalıdır.


1.4 Video sübutlar video montajına məruz qalmamalıdır.


İstisna: İfadə verilməsi zamanı səsin dəyişdirilməsinə icazə verilir, lakin məlumatçının şəxsiyyəti açıqlanmamalıdır.


1.5 Sübut videosu hadisəni başlanğıcdan sonuna qədər tam şəkildə göstərməlidir.


1.6 Dövlət qurumları tərəfindən banda/mafiya üzvləri ilə atışma zamanı əldə olunan sübut, döyüşün tam faktiki bitməsinə qədər davam etməli, yarımçıq kəsilməməli və montaj olunmamalıdır.


1.7 Müddəti 45 saniyədən az olan sübutlar işdə qəbul edilmir.


İstisna: Əgər sübutda hadisənin həm başlanğıcı, həm də sonu aydın görünürsə.


1.7.1 Kəsilmiş sübutun davamı ayrıca yeni sübut kimi təqdim edilərsə — qəbul edilmir.


Qeyd: Əgər videoda eyni anda bir neçə maddənin pozulması varsa, onların hamısı bir sübut kimi təsvir olunmalıdır.


1.8 Eyni tipli sübutların maksimum sayı – 2 ədəddir.


İstisna: Dindirmələr nəticəsində əldə edilən sübutların sayı nəzarətçi administrasiya tərəfindən tənzimlənə bilər.


1.9 Kейс-fайл hazırlanarkən sübutların qəsdən komprometasiya edilməsi qadağandır.
Razılaşdırılmış (süni) sübutlar qadağandır; belə hal aşkar edilərsə, iş tamamilə, bütün sübutlarla birlikdə rədd edilir.


1.10 Helikopter vasitəsilə əldə olunmuş sübutlar etibarsız sayılır.


1.11 Hər yeni case-file yalnız son reyddən sonra əldə edilmiş sübutlara əsaslanmalıdır.


1.12 DB/CID şöbələrinin əməkdaşlarına kriminal fraksiyanın geyim və nəqliyyat rənglərini yalnız dəqiq aparılmış dindirmə çərçivəsində aşkar etməyə icazə verilir.


Bu məlumat yalnız 2-ci və 3-cü reyd üçün iş çərçivəsində istifadə edilə bilər və aşağıdakı şərtlər mütləqdir:


  • Məlumat kriminal fraksiyanın ən azı iki fərqli yüksək rütbəli üzvündən alınmalıdır
    (bandalarda 7+, mafiyalarda 8+)
  • Hər bir dindirmə fərqli oyun günlərində aparılmalıdır ki, məlumatın bir dəfəyə alınmadığı və zamanla yoxlandığı təsdiqlənsin

1.13 Kriminal fraksiyaya qarşı 1-ci reyd üçün hazırlanacaq case-file aşağıdakılardan ibarət olmalıdır:


  • 6–7 sübut (UAK pozuntuları, kuratorun qərarına əsasən)
  • Minimum 1 dindirmə
  • Daxilə sızma nəticəsində əldə edilmiş ən azı 2 ciddi sübut

1.14 Kriminal fraksiyaya qarşı 2-ci reyd üçün case-file aşağıdakılardan ibarət olmalıdır:


  • 7–8 sübut (UAK pozuntuları)
  • Geyim və fraksiya nəqliyyatlarının rənglərinin müəyyən edilməsi
  • Bu rənglərin konkret kriminal fraksiya ilə əlaqələndirilməsi
  • Fraksiyanın yüksək heyətindən minimum 3 oyunçunun adının IC yolu ilə əldə edilməsi
  • Fraksiyaya sızaraq minimum 2 sübutun əldə edilməsi

Qeyd: Əgər detektivlər kriminal fraksiyanın geyim və ya maşın rənglərini müəyyən ediblərsə, bu məlumatdan dindirmələr zamanı istifadə edə bilərlər.


1.15 Kriminal fraksiyaya qarşı 3-cü reyd üçün case-file aşağıdakılardan ibarət olmalıdır:


  • 8–9 sübut (UAK pozuntuları)
  • Yüksək heyətdən minimum 5 oyunçunun adının IC yolu ilə əldə edilməsi
  • Fraksiyaya sızaraq minimum 3 sübutun əldə edilməsi
  • Liderin adının yalnız dindirmələr vasitəsilə, 3 fərqli sübutda aşkar edilməsi

İstisna: Lider özü şəxsiyyətini açıqlayarsa.


1.16 Bir oyun günü ərzində case-file maksimum 3 sübut əlavə etmək icazəlidir.


1.17 Dövlət strukturlarına nəzarət edən administrasiya cinayət işlərinin tərtibi üzrə reqlament müəyyən etmək, həmçinin işdə olan sübutların sayı və keyfiyyətini tənzimləmək hüququnu özündə saxlayır.
 
Son redaktə:
Back
Üst