Welcome!

By registering with us, you'll be able to discuss, share and private message with other members of our community.

SignUp Now!

Weazel News Daxili Nizamnaməsi

Admin_Adminov

Baş Admin
Forum Komandası
Baş Admin
Qeydiyyat
21.01.2026
Mesajlar
43

📌 Ümumi müddəalar​


  • Weazel News — San Andreas ştatında fəaliyyət göstərən müstəqil kommersiya xəbər agentliyidir
  • Əsas məqsəd: vətəndaşları obyektiv, operativ və etibarlı məlumatla təmin etmək
  • Nizamnamə bütün əməkdaşlar üçün məcburidir
  • Dəyişikliklər yalnız Baş Direktorun qərarı ilə edilir
  • Nizamnaməni bilməmək məsuliyyətdən azad etmir
  • Xidməti fəaliyyət zamanı yaradılan bütün materiallar Weazel News-a məxsusdur



⏰ İş qrafiki​


  • Gündüz növbəsi: 10:00 – 22:00
  • Gecə növbəsi: 22:00 – 10:00 (könüllü)



👤 Əməkdaşların vəzifələri​


  • Ştat qanunlarına və daxili qaydalara əməl etmək
  • Məlumatı dərc etməzdən əvvəl yoxlamaq
  • Mənbələrin məxfiliyini qorumaq
  • Etik, mədəni və qrammatik qaydalara uyğun işləmək
  • Press-karta və avadanlıq daşımaq
  • Foto/video/audio çəkiliş barədə xəbərdarlıq etmək
  • Rəhbərliyin göstərişlərinə tabe olmaq
  • Həmişə əlaqədə olmaq



✅ Əməkdaşların hüquqları​


  • Ayda maksimum 2 gün məzuniyyət
    • İstisna: uğurlu işə görə 7 günə qədər
  • Gün ərzində 2 fasilə, ümumi 2 saatdan çox olmamaqla
  • Məlumat toplamaq və yaymaq hüququ
  • Ştatın istənilən yerindən işləmək
  • Əlavə işlə məşğul olmaq (əsas işə mane olmamaq şərti ilə)
  • Ədalətli əməkhaqqı almaq
  • Cəzaları mübahisələndirmək
  • Öz istəyi ilə işdən çıxmaq
  • Staj və imtahandan sonra elanları redaktə etmək



🚫 Qadağandır​


  • Qanun və nizamnaməni pozmaq
  • İş vaxtı alkoqol və narkotik
  • Yalan məlumat yaymaq
  • Plagiat
  • Məxfi məlumatların açıqlanması
  • Reklamın və ya efirin məzmununu dəyişmək
  • Xidməti nəqliyyatı şəxsi məqsədlə istifadə etmək
  • Kobud və qeyri-etik davranış
  • Efirin kəsilməsi
  • Silahdan istifadə
    • İstisna: qanuni özünümüdafiə
  • Baş Direktorun icazəsi olmadan tədbirlərdə iştirak
  • 7 gündən çox səbəbsiz işə gəlməmək
  • Xidmət zamanı maska taxmaq
    • İstisna: tibbi maska və Waifu maskası



📈 Karyera və şöbələr​


  • Hər kəs WN stajı ilə başlayır
  • Zəmanətli maksimum vəzifə: Baş Menecer [10]
  • Daha yüksək vəzifə — yalnız rəhbərlik və direktorlar şurasının qərarı ilə
  • Şöbələr:
    • HR — kadrlar və intizam
    • AD — reklam və imic
    • CV — tədbirlər və canlı efir
    • P&M — media və reportajlar
  • Şöbə dəyişmək üçün minimum 3 gün işləmək şərtdir



⚖️ İntizam məsuliyyəti


Cəza növləri:


  • Cərimə
  • Şifahi töhmət
  • Yazılı töhmət
  • Vəzifə endirilməsi
  • İşdən çıxarılma

Qaydalar:


  • 1 yazılı töhmət → vəzifə endirilməsi
  • 2 yazılı töhmət → işdən çıxarılma
  • Cərimə 48 saat ərzində ödənilməlidir
  • Ödənilməzsə → əlavə töhmət
  • Borc və töhmətlə könüllü çıxış → qara siyahı



💸 Ən çox rast gəlinən cərimələr (qısa)​


  • Qrammatik səhv: 2.000$
  • Yanlış adlandırma: 3.000$
  • Interval pozuntusu: 4.000$
  • Spam elanlar: 5.000$
  • Rasiya ignor edilməsi (>10 dəq): 7.500$
  • Yanlış kodlu reklam: 10.000$
  • Narkotik istifadəsi / təhqir: 15.000$
  • Efirin kəsilməsi: 25.000$
 
Back
Üst