Welcome!

By registering with us, you'll be able to discuss, share and private message with other members of our community.

SignUp Now!

Texniki bölmə [FAQ]

Admin_Adminov

Baş Admin
Forum Komandası
Baş Admin
Qeydiyyat
21.01.2026
Mesajlar
45
TEXNİKİ BÖLMƏ QAYDALARI

📌 Ümumi Məlumat

Texniki bölmə oyun modu, forum və ya sayt üzrə baqların və texniki çatışmazlıqların aşkarlanması məqsədi ilə yaradılmışdır.

  • Mövzu Yaradılması: Baqlar və ya texniki çatışmazlıqlarla əlaqəsi olmayan bütün mövzular xəbərdarlıqsız silinəcəkdir.
    Axtarış: Yeni mövzu yaratmazdan əvvəl, həmin problemin bölmədə daha əvvəl açılmadığından əmin olun.
    Başlıq: Mövzunun adı problemin mahiyyətini qısa və aydın şəkildə əks etdirməlidir.(Nümunə: "Tüninq itdi", "24/7 mağaza baqı" və s.)
    Tərtibat: Mətndə qeyri-standart ölçü, rəng, şrift və interval istifadəsinə yol verilmir.

🚫 Qadağalar və Məhdudiyyətlər

Formata uyğun olmayan mövzular dərhal bağlanacaq və ya silinəcəkdir.

  • Təkrarlanan mövzuların yaradılması;
    Administrator tərəfindən artıq cavablandırılmış mövzuların yenidən açılması;
    Mövzu daxilində FloodOff-top;
    Administrasiyanı bilərəkdən yanlış məlumatlandırmaq.

DİQQƏT: Administrasiyanı yanıltmağa görə 30 günədək bloklama (ban) tətbiq oluna bilər.

📝 Müraciət Forması

Aşağıdakı formanı kopyalayıb dolduraraq mövzu açın:

Nikiniz: Logininiz
Problemin təsviri:
Sübutlar (Video/Skrinşot):
Tarix:
Dəyən zərərin məbləği (əgər varsa):

Hörmətlə, Karabakh RP Texniki Dəstək Komandası
 
Back
Üst