- Qeydiyyat
- 21.01.2026
- Mesajlar
- 32
- Mövzu Author
- #1
TEXNİKİ BÖLMƏ QAYDALARI
Ümumi Məlumat
Texniki bölmə oyun modu, forum və ya sayt üzrə baqların və texniki çatışmazlıqların aşkarlanması məqsədi ilə yaradılmışdır.- Mövzu Yaradılması: Baqlar və ya texniki çatışmazlıqlarla əlaqəsi olmayan bütün mövzular xəbərdarlıqsız silinəcəkdir.
Axtarış: Yeni mövzu yaratmazdan əvvəl, həmin problemin bölmədə daha əvvəl açılmadığından əmin olun.
Başlıq: Mövzunun adı problemin mahiyyətini qısa və aydın şəkildə əks etdirməlidir.(Nümunə: "Tüninq itdi", "24/7 mağaza baqı" və s.)
Tərtibat: Mətndə qeyri-standart ölçü, rəng, şrift və interval istifadəsinə yol verilmir.
Qadağalar və Məhdudiyyətlər
Formata uyğun olmayan mövzular dərhal bağlanacaq və ya silinəcəkdir.
- Təkrarlanan mövzuların yaradılması;
Administrator tərəfindən artıq cavablandırılmış mövzuların yenidən açılması;
Mövzu daxilində Flood və Off-top;
Administrasiyanı bilərəkdən yanlış məlumatlandırmaq.
DİQQƏT: Administrasiyanı yanıltmağa görə 30 günədək bloklama (ban) tətbiq oluna bilər.
Müraciət Forması
Aşağıdakı formanı kopyalayıb dolduraraq mövzu açın:Nikiniz: Logininiz
Problemin təsviri:
Sübutlar (Video/Skrinşot):
Tarix:
Dəyən zərərin məbləği (əgər varsa):
Hörmətlə, Karabakh RP Texniki Dəstək Komandası